Tavada kartof pizzası

Порций:   Время приготовления:

Hazırlanması son dərəcə asan, amma bir o qədər də ləzzətli, hər kəsin rahat hazırlaya biləcəyi tavada kartof pizzasının reseptini təqdim edirik.

Tərkibi:

3-4 porsiya üçün

  • 700 qr qabığı soyulmuş kartof

  • 2 ədəd yumurta

  • 2 xörək qaşığı un

  • 3-4 diş sarımsaq

  • duz

  • istiot

  • 3 xörək qaşığı xama

  • 1 çay qaşığı Dijon xardalı

  • 200-250 qr hisə verilmiş ovçu kolbasası

  • 2 ədəd orta ölçülü soğan

  • 1 şirin bolqar bibəri

  • 150 qr çerri pomidoru

  • 170 qr bərk pendir

  • bir neçə budaq yaşıl soğan

  • bitki yağı

 

Hazırlanma qaydası:

Soğanları yarım halqa şəklində doğrayın və tavada yüngülcə bişirin. Doğranmış bolqar bibəri əlavə edib bir neçə dəqiqə bişirin. Doğranmış kolbasa da əlavə edib qarışdırın və ocağın altını söndürün.

Kartofu mətbəx kombaynından (və ya rəndənin iri gözündən) keçirin.

Əzilmiş sarımsaq, yumurta, un, duz və istiot əlavə edib yaxşıca qarışdırın.

Tavanı 2 xörək qaşığı bitki yağıyla yağlayın. Kartof qarışığını yağlanmış tavaya yayın, zəif ocaqda təxminən 5 dəqiqə bişirin. Bir qabda xama və xardalı qarışdırın. Pendiri rəndələyin və pomidorları yarı bölün. Tavada bişən kartofu çevirin və 2-3 dəqiqə sonra bişən kartofa xamalı-xardallı sous yaxın.

Bibərli-kolbasalı qarışığı sousun üzərinə yayın.

Yarı bölünmüş pomidorları  düzün, rəndələnmiş pendir və doğranmış göy soğan səpin.

Ocağı zəiflədin, tavanın qapağı bağlı pendir əriyənədək bişirin.

Nuş olsun!

Метки записи: ,