Tərəvəzli toyuq ciyəri qovurması

Порций:   Время приготовления:

Ciyər sevənlər üçün tərəvəzli toyuq ciyəri qovurması reseptini təqdim edirik.

Tərkibi:

  • 800 qr toyuq ciyəri

  • 2 ədəd şirin qırmızı və sarı bolqar bibəri

  • 3 diş sarımsaq

  • 1 xörək qaşığı şəkər tozu

  • 1 ədəd iri soğan

  • 1 ədəd orta ölçülü badımcan

  • 50 ml soya sousu

  • 2 xörək qaşığı bitki yağı

Hazırlanma qaydası:

İlk öncə ciyərlərin üzərindəki pərdəni kəsib atın və ciyərləri orta ölçüdə doğrayın. Soğanı yarımhalqa şəklində doğrayın, bibərləri və badımcanı kub şəklində doğrayın. Sarımsaqları da xırda doğrayın. Tavada 2 xörək qaşığı bitki yağını qızdırın. Qızdırılmış yağda ciyərləri 2 dəqiqə hər tərəfli qovurun və boşqaba tökün. Yağlı tavada bibər və soğanları qarışdıraraq 3-4 dəqiqə qovurun. Badımcanları əlavə edin və qarışdıraraq daha 3 dəqiqə qovurun. Qovrulmuş tərəvəzlərin üzərinə ciyərləri tökün. Sarımsaq, şəkər tozu və soya sousu əlavə edib 2 dəqiqə bişirin və ocaqdan götürün. Zövqə görə yanında qarnir olaraq kartof püresi, süzülmüş düyü və s. qoyub süfrəyə verə bilərsiniz.

Nuş olsun!

 
Метки записи: , ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий