Tez hazırlanan qurabiyə

Порций:   Время приготовления:

Həm uşağınıza, həm də qəfil gələn qonağa  5 dəqiqəyə hazırlaya biləcəyiniz qurabiyə reseptini təqdim edirik.

Tərkibi:

  • 1 paket qabartma tozu
  • 1 stəkan şəkər kirşanı
  • 1 paket marqarin
  • 1 yumurta sarısı
  • apardığı qədər un
Üzəri üçün:
  • 1 yumurta ağı
  • qoz, fındıq və ya fıstıq
  • şəkər tozu

Hazırlanma qaydası:

Bir qabda marqarin, şəkər kirşanı və  yumurtanın sarısı yaxşıca qarışdırın. Üzərinə un və qabartma tozu əlavə edib yumşaq xəmir yoğurun. Xəmirdən kiçik kündələr qoparıb əlinizlə yuvarlayın,yumurtanın ağına batırdıqdan sonra xırdalanmış qoz-fındığa və şəkər tozuna bulayın. Qurabiyələri  əvvəlcədən 180 dərəcə isidilmiş sobada yüngül qızarana qədər bişirin. Nuş olsun!