Tez hazırlanan xiyar turşusu

Порций:   Время приготовления:

Ətirli qoxusu və dadı olan xırçıldayan xiyar turşusunu bu gün hazırlayıb sabah süfrəyə verə bilərsiniz. Bankanı sterilizə edib qış üçün saxlaya bilərsiniz

Tərkibi:

  • 4 ədəd xiyar

  • 1 ədəd soğan

  • 400 ml ağ şərab sirkəsi

  • 2 xörək qaşığı xardal toxumu

  • 1 xörək qaşığı duz

  • 30 qr şəkər tozu

  • 1/2 çay qaşığı sarıkök

Hazırlanma qaydası:

Xiyarları yuyun və 3-4 mm qalınlığında halqavari doğrayın. Soğanı da yarımhalqa doğrayın. Balaca qazana şərab sirkəsi, sarıkök, duz, xardal toxumu və şəkər tozu töküb töküb zəif ocaqda qaynadın. Qaynayan marinada doğranmış xiyar və soğanları əlavə edib qaynadın. Ocağın altını söndürüb marinadla birgə xiyarları balaca bankalara bölüşdürün. Qapağını bağlayın və kənara soyuması üçün qoyun. Bankaları soyuducuya yerləşdirin.

Nuş olsun!

Метки записи: ,