Ətirli limon cemi

Порций:   Время приготовления:

1406454787_2

Limon qış aylarının əvəzolunmaz meyvəsidir. Limondan ətirli və çox dadlı cem hazırlamağı təklif edirik. Bu cem müxtəlif xəmir işləri və tortlar üçün ideal variantdır. Limon cemini tək şirniyyatlarda deyil, səhərlər çörəyə yaxıb yemək üçün də əladır..

Tərkibi:

  • 2 ədəd limon
  • 250 qr şəkər tozu
  • 60 ml su

Hazırlanma qaydası:

İlk öncə limonları yuyun,bir neçə yerindən qabıqlarını taxta çubuqla deşin. Bir qaba limonları qoyub üzərinə soyuq su tökün və orta odda bişməyə qoyun. Su qaynadıqda süzün və yenidən soyuq su töküb qaynadın. Bu qaydanı iki dəfə təkrar edin. Limonları yumşalanadək bişirin və sudan götürüb soyudun.

загружено (3)

Limonları kəsin və tumlarını təmizləyin, qabığıyla birlikdə blenderdə əzin.загружено (2)

Su və şəkər tozundan şəkər siropu bişirin. Doğranmış limonu siropa əlavə edin və zəif odda şəffaf olanadək  bişirin. Zövqə görə limon şirəsi əlavə edə bilərsiniz.

загружено (1)

Ətirli cem hazırdır. Nuş olsun!

загружено
Метки записи: