“Tısbağa” tortu

Порций:   Время приготовления:

JYhzAu6WgKU

Ötən əsrin 90-cı illərində uşaq bayramlarında ən çox bişirilən desert olaraq Tısbağa tortu çox məşhur idi. Hazırlanması nəinki sadədir,həm də çox dadlıdır. Uşaqlarınızla birgə hazırlayıb onları sevindirə bilərsiniz.

Tərkibi:

  • 6 yumurta ağı
  • 6 yumurta sarısı
  • 1 stəkan şəkər tozu
  • 2 stəkan un
  • 1 çay qaşığı soda və ya qabartma tozu
Krem üçün:
  • 750 qr xama
  • 1 stəkan şəkər tozu

Hazırlanma qaydası:

Öncə yumurta ağını 1 stəkan şəkər tozuyla çırpın. Yumurta sarılarını da 1 stəkan şəkər tozuyla çırpın. Çırpılmış yumurta ağı və sarılarını birləşdirin. Ələnmiş un və qabartma tozunu kütləyə əlavə edib ehtiyyatla qarışdırın. Yağlı kağız sərilmiş soba sinisinə xəmirdən qaşıq-qaşıq (1 xörək qaşığından az olmayaraq) kütlədən tökün. 180 dərəcə qızdırılmış sobada bişirin.

Krem üçün xama və şəkər tozunu tel çırpıcıyla çırpın. Daha sonra bişən keksləri bir-bir kremləyib tısbağa forması verib qatlarla düzün.T ortun üzərinə şokolad qırıntığı səpin və bir neçə saatlıq souducuya qoyun.

Nuş olsun!


JYhzAu6WgKU
Метки записи: