Toyuq ruleti

Порций:   Время приготовления:

Pəhriz yeməklərinin padşahı olan toyuqdan həm doyumlu, həm də az kalorili qəlyanlaltı hazırlaya bilərsiniz .Toyuq ruleti pəhriz saxlayanlar üçün ideal qəlyanlaltıdır.

Tərkibi:

  • 200 qr bərk pendir

  • 3 ədəd yumurta

  • 1 ədəd toyuq filesi

  • 2 ədəd soğan

  • 3 xörək qaşığı xama

  • duz

  • istiot

Hazırlanma qaydası:

İlk öncə toyuğun filesini bir ədəd baş soğanla ətçəkən maşından keçirin. Pendiri rəndənin iri gözündən keçirin.

Pendirin üzərinə yumurta və xama əlavə edib qarışdırın.

30× 40 sm ölçülü kvadrat soba sinisinə folqa kağızı sərin və pendirli kütləni siniyə yayın.

180 dərəcə qızdırılmış sovada 15-20 dəqiqə bişirin.

Tavada 1 ədəd baş soğanı xırda doğrayıb yağda qızılı rəng olanadək qovurun. Soğanı çəkilmiş toyuq ətinə əlavə edib ,duz, istiot töküb qarışdırın.

Soba sinisində bişən pendirli kütləni folqadan çıxarıb soyudun.

Pendirli kütlənin üzərinə toyuqlu qarışığı yayın və rulet şəklində bükün. Ruleti folqa kağızına bükün və siniyə qoyub 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bişməyinə 10 dəqiqə qalmış folqanı açın və yenidən sobaya üzəri qızarması üçün qoyun. Toyuq ruleti hazırdır. Dilimləyib süfrəyə verin.

Nuş olsun!

Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий