Toyuqlu samsa

Порций:   Время приготовления:

Samsа - Orta Asiya mətbəxinin çox asan hazırlanan qəlyanaltılarındandır. Adətən qoyun ətindən, həmçinin toyuq əti, balqabaq və göyərtidən hazırlanır.

Tərkibi:

Xəmiri üçün:

  • 250 qr un

  • 100 qr kərə yağı

  • 1/3 çay qaşığı duz

  • 100 ml soyuq su

İçlik üçün:

  • 700 qr toyuq əti (2 ədəd bud əti)

  • 200 qr soğan

  • 1/2 çay qaşığı duz

  • istiot

Üzərinə yaxmaq üçün yumurta sarısı

Üzərinə səpmək üçün küncüt

Hazırlanma qaydası:

Xəmir üçün bir qaba un və 1/3 çay qaşığı duz töküb qarışdırın. Üzərinə soyuq kərə yağını rəndənin iri gözündən keçirin və əlinizlə unla birlikdə ovun. Yaxşıca ovduqdan sonra üzərinə 100 ml soyuq su əlavə edib xəmir yoğurun. Xəmiri yuvarlayıb streç salafana bükün və 30 dəqiqəlik soyuducuya yerləşdirin.

İçliyi hazırlamaq üçün soğanı xırda doğrayın. Toyuq budunun ətlərini xırda doğrayın (700 qr toyuq budundan 500 qr toyuq əti çıxır). Bir qabda soğan və toyuq ətini qarışdırıb, duz istiot vurun.

Xəmiri yarı hissəyə bölün,qalan hissəni təkrar soyuducuya qoyun. Xəmirdən 7 ədəd kiçik kündələr kəsib yuvarlayın.

Hər kündəni ilk öncə əllərinizlə açın, daha sonra oxlovla diametri 12 sm dairələr yayın. Yaydığınız kündənin orta hissəsinə içlikdən qoyun.

Yuxanın iki ucunu birləşdirərək kənarlarından yapışdırın.

Daha sonra üçüncü uc hissəni də birləşdirib yaxşıca yapışdırın.

Çevirdikdə itibucaqlı üçbucaq formasında olur.

Qalan kündələri də eyni qayda ilə hazırlayın. Samsaları yağlı kağız sərilmiş soba sinisinə düzün. Bir qabda yumurta sarısının içinə bir qaşıq su töküb qarışdırıb samsaların üstünə yaxın. Zövqə görə üzərinə küncüt səpin və 180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə yüngül qızaranadək bişirin.

Nuş olsun!

Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий