Toyuqlu tərəvəzli yay salatı

Порций:   Время приготовления:

Toyuq əti az kalorili bir qida məhsuludur və orqanizm tərəfindən asan həzm olunur. Toyuq əti tərəvəzlərlə birləşdikdə aclığı azaldır və formada qalmağa kömək edir. Çimərlik mövsümünə hazırlaşanlar və pəhrizdə olanlar üçün bu dadlı və asan hazırlanan, ən əsası az kalorili salatı hazırlamağı tövsiyyə edirik.

Tərkibi:

  • 1 ədəd toyuq filesi
  •  3-4 ədəd pomidor
  • 1-2 ədəd xiyar
  • Kahı yarpağı
  • 3 saplaq yaşıl soğan
  • 3-4 budaq cəfəri
  • 2 xörək qaşığı zeytun yağı
  •  zövqə görə duz, istiot

Hazırlanma qaydası:

İlk öncə toyuq filesini və bütün tərəvəzləri yuyun.

Göyərtini xırda doğrayın, xiyar və pomidoru da istədiyiniz böyüklükdə doğrayın.

Toyuğun döş ətini bitki yağında qızılı rəng alanadək qızardın. Kahı yarpaqlarını boşqaba düzün.

Doğranmış tərəvəzləri bərabər şəkildə kahının üzərinə düzün.

Soyuyan toyuq filesini doğrayın və salatın üzərinə əlavə edin.

Doğranmış göyərti, zövqə görə duz, istiot səpin. Salatın üzərinə zeytun yağı gəzdirin və süfrəyə verin.

 Nuş olsun!
 
Метки записи: , , ,