Üç qat şokoladlı çizkeyk

Порций:   Время приготовления:

Dadlı və sevilən şirniyyatlardan olan çizkeyki üç qat şokoladlı hazırlayıb sevdiklərinizlə bölüşə bilərsiniz.

Tərkibi:

Alt qat üçün:

  • 150 qr şokoladlı peçenye

  • 5-6 xörək qaşığı əridilmiş kərə yağı

Pendirli qat üçün:

  • 500 qr Filadelfiya pendiri

  • 150 qr maskarpone pendiri

  • 150 qr tünd şokolad

  • 150 qr qəhvəyi şəkər tozu

  • 2 ədəd yumurta

  • 1,5 çay qaşığı qarğıdalı nişastası

  • 2 çay qaşığı kakao

Qanaş üçün:

  • 100 qr şokolad

  • 80 ml yağlı qaymaq

  • moruq

Hazırlanma qaydası:

Şokoladlı peçenye və kərə yağını blenderdə qarışdırın. Diametri 18 sm olan dairəvi (kənarları açılan) formanı yağlayın və yağlı kağız sərin. Peçenyeli qarışığı formaya yayın və 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.

Ara qatı üçün mikserin orta dərəcəsiylə pendir və şəkər tozunu çırpın. Əridilmiş tünd şokolad, yumurta, nişasta və kakaonu da əlavə edib yaxşıca qarışdırın. Kütləni formaya alt qatın üzərinə tökün, 175 dərəcə qızdırılmış sobada 50-60 dəqiqə bişirin. Sobanın orta hissəsinə içi qaynar suyla dolu fincan yerləşdirin. Hazır çizkeyki sobada qapısı açıq şəkildə 1 saatlıq soyudun. Daha sonra otaq temperaturunda soyudun və 6-8 saatlıq soyuducuya yerləşdirin.

Qanaş üçün qaymağı ilıq qızdırın və şokoladın üzərinə töküb yaxşıca qarışdırın. Hazır qanaşı otaq temperaturunda soyudun və çizkeykin üzərinə tökün. Moruqla bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Метки записи: , ,