Xamalı soyutma ət

Порций:   Время приготовления:

information_items_14244

Bu dadlı və hazırlanması sadə olan yeməyi bir neçə saat sərf etmədən bişirib süfrəyə verə bilərsiniz.

Tərkibi:

  • 500 qr mal əti

  • 2 ədəd baş soğan

  • 150 qr yağlı xama

  • 1 xörək qaşığı acı xardal

  • 1 xörək qaşığı un

  • 1 stəkan qaynar su və ya ət suyu

  • duz

  • istiot

  • acı bibər tozu

  • bitki yağı

Hazırlanma qaydası:

İlk öncə ətləri yuyun,suyunu süzün və uzun tikələr şəklində doğrayın.

Soğanları yarım halqa şəklində doğrayın.

Dərin bir tavada bitki yağını qızdırın və ətləri qızılı rəng olanadək bişirin.

Soğanı da əlavə edib ətlə birlikdə bir qədər qovurun. Qovrulmuş ətə un əlavə edib tez qarışdırın.

Daha sonra 1 stəkan qaynar su və ya ət suyu əlavə edib ocağı zəiflədin.

Qapağını örtüb 40-50 dəqiqə bişirin. Bir qabda xama ilə xardalı qarışdırın və ətə əlavə edin.

Duz, istiot və acı bibər tozu töküb 30 dəqiqə zəif odda bişirin.

 Nuş olsun!


19757986_1184436885035871_1186787560_n 19832598_1184436865035873_2096024091_n 19755968_1184436895035870_1251568460_n 19755920_1184436898369203_1783255605_n 19758353_1184436931702533_2129622352_n 19849062_1184436915035868_1851119674_n
Метки записи: