Xamalı toyuq budu

Порций:   Время приготовления:

17671245_1112867962192764_2055927093_n

Toyuq marinadı üçün bir çox müxtəlif variantlar var və bu gün sizi daha bir marinad növü ilə tanış edəcəyik. Bir neçə dəqiqə ərzində hazırlanan bu marinad olduqca ətirli və toyuq budlarını çox dadlı edir.

Tərkibi:

  • 1300 qr toyuq budu
  • 1 stəkan xama
  • 1 ədəd limon (rəndələnmiş limon qabığı  və 1 xörək qaşığı simon suyu)
  • 4 diş sarımsaq
  • zövqə görə cəfəri
  • 0.5 xörək qaşığı qurudulmuş kəklikotu
  • 2 xörək qaşığı bitki yağı
  • 0,5 çay qaşığı duz
  • istiot

Hazırlanma qaydası:

Marinadın hazırlanması üçün axar su altında limonu yuyun və mətbəx dəsmalıyla qurulayın. Limon qabığını rəndənin kiçik gözündən keçirin. Bir qaba limon qabığı rəndəsi və 1 xörək qaşığı limon suyu tökün. Üzərinə xırda doğranmış cəfəri, xırda doğranmış sarımsaq, xama, kəklikotu, bitki yağı, duz və istiot əlavə edib qarışdırın. Marinad hazırdır! Toyuq budlarını yuyun və mətbəx salfeti ilə qurulayın. Toyuq bişirmək üçün istifadə edilən plastik torbaya toyuq budlarını yerləşdirin və xamalı marinadı torbaya əlavə edin. Torbanı möhkəm bağlayın və bir neçə dəfə çevirin, marinad toyuq budlarına yaxşıca qarışsın. Bundan sonra paketi 30 dəqiqəlik soyuducuya qoyun. Soyuducudan götürdüyünüz paketi açın və marinə edilmiş toyuq budlarını soba sinisinə yerləşdirin. Öncədən 180 dərəcə qızdırılmış sobada 45-60 dəqiqə bişirin. Bişən ətirli toyuq budlarını sobadan götürün və boşqablara düzün,  isti şəkildə xidmət edin. Toyuğun yanına qarnir olaraq kartof püresi,bişmiş  makaron, düyü, qarabaşaq yarması, eləcə də hər hansı bir tərəvəz salatıyla xidmət edə bilərsiniz. Dadlı marinadlı toyuq budu hazırdır! Nuş olsun! 17760428_1112867982192762_1053667075_n 17760502_1112867948859432_1048982023_n 17671156_1112867952192765_219959835_n 17757908_1112867935526100_1607161852_n 17758004_1112867945526099_2100961860_n 17671245_1112867962192764_2055927093_n
Метки записи: