Yağları əridən çay

Порций:   Время приготовления:

LUgmjSuCmZ0

Artıq çəki problemindən əziyyət çəkənlər müxtəlif üsullarla, dietik məhsullara, qidalara və çaylara üstünlük verirlər. Bu gün  sizə arzuolunmaz çəkini azaldan çayı sınamağı təklif edəcəyik. Bu möcüzəvi çayı gün ərzində içmək tövsiyyə olunur.Ancaq yatmazdan əvvəl bu çayı içmək məsləhət deyil. Ona görə ki,  zəncəfil canlandıran xüsusiyyətə malikdir və yaşıl çayın  isə sidikqovucu təsiri var. Bu çay arzuolunmaz çəkini azaldır, avitaminozu aradan qaldırır, immuniteti yüksəldir, eləcə də bütün günü özünüzü gumrah hiss etməyə kömək edir.

Tərkibi:

  • 1,5 l qaynar su
  • 2 xörək qaşığı iri kəsilmiş təzə zəncəfil
  • 1 desert qaşığı yarpaq yaşıl çay
  • 2 xörək qaşığı təzə sıxılmış limon şirəsi
  • 1 desert qaşığı xalis bal
  • Zövqə görə nanə yarpağı, lakin o zəncəfilin təsirini azaldır.

Hazırlanma qaydası:

İlk öncə zəncəfili iri doğrayın. Termosda bütün inqridiyentləri birləşdirin və üzərinə qaynar su tökün. Termosu möhkəm bağlayın və qarışdırın. 30 dəqiqə kənarda dəmlənməsi üçün saxlayın və çay hazırdır. Artıq içə bilərsiniz. LUgmjSuCmZ0