Yaya istədiyiniz çəkidə girmək üçün MƏSLƏHƏTLƏR

Порций:   Время приготовления:

 

Qış aylarında aldığınız artıq çəkidən xilas olmaq və yaya formada girmək üçün hər bir şəxs ilk növbədə öz metabolizmasını tanımalı və düzgün qidalanma planı yaratmalıdır.

Bu gün sizlərə qidalanmanı tarazlaşdırıb və artıq çəkidən xilas olmaq üçün bəzi kiçik tövsiyyələr paylaşırıq.

- Nizamlı yuxu sürətli işləyən bir metabolizmə sahib olmağınıza köməkçi olur. Gündə ən azı 8 saat yuxu sağlam çalışan bir metabolizm üçün vacibdir.

-Hər gün ən azı 30 dəqiqə yüngül templi yürüşlər edərək metabolizmanızı ( maddələr mübadiləsini) sürətləndirə bilərsiniz.

-Artıq çəkidən xilas olmaq üçün pəhriz reseptinə uyğun idman növləri etmək daha sürətli və sağlam bir şəkildə arıqlamağınıza köməkçi olar.

-Gün ərzində günorta və axşam yeməyi arasında yemək insulin tarazlığını nəzarətdə saxlayır. Xüsusilə axşam yeməyində çox yeməyə mane olur.

-Sağlam qəlyanaltılar yeyin. Artıq çəkinin alınmasının ən mühüm səbəblərdən biri də vaxtsız və kalorili olan qəlyanlatılardır. Bunların əvəzinə sağlam və az  kalorili qəlyanlatılar qəbul edilməsi yay aylarına qədər artıq çəkinin azalmasına köməkçi olar. Məsələn; kiçik xurma topları, 1 ovuc çərəz, quru meyvə və ya ləbləbi kimi qəlyanlatılar istehlak edə bilərsiniz.

 

Метки записи: