Yayla şorbası

Порций:   Время приготовления:

Şorbaların  qan dövranına və hüceyrələrə çox faydalı təsirləri var. Bu gün sizlərlə Türk mətbəxinin ən məşhur şorbalarından Yayla şorbasının reseptini bölüşəcəyik. Qışda isti, yayda soyuq içilən bu şorba qatıqdan hazırlandığı üçün  zülal dəyəri olduqca yüksəkdir.

Tərkibi:

  •  2 litr su
  •  1 kasa qatıq
  •  1 qəhvə fincanı düyü
  •  2 xörək qaşığı un
  •  1 yumurta
  •  1 xörək qaşığı quru nanə
  •  2 xörək qaşığı zeytun yağı
  •  1 xörək qaşığı kərə yağı
  •  2 çay qaşığı qaya duzu və ya dəniz duzu
  •  1 çay qaşığı qırmızı toz bibər

Hazırlanma qaydası:

Dərin bir qabda un, yumurta və qatığı tel çırpıcıyla yaxşıca çırpın. Düyünü balaca qazanda bişirin. 2 litr su qaynadın və qaynayan sudan 2-3 çömçə götürüb çırpılmış qatıq qarışığına tökün və qarışdırın (qatıq kəsilməsin deyə). Qatıq qarışığını  2 litr suyun içinə əlavə edin və qarışdıraraq içinə duz, bişmiş  düyü və quru nanə əlavə edin. Şorba qaynadıqdan sonra 5 dəqiqə daha bişirin. Kənarda bir tavada zeytun yağı ilə kərə yağını qızdırın  və üzərinə  qırmızı toz bibər əlavə edin. Qaynayan şorbaya toz bibərli yağı tökün. Nuş olsun!
Метки записи: