Yumurtasız həcmli biskvit

Порций:   Время приготовления:

Elə düşünürsünüz ki, həcmli biskvitin əsas sirri istifadə olunan yumurtadır? Bəs bilirsinizmi ki, yumurta istifadə etmədən də rahat qalxan və dadlı biskvit bişirmək olar?

bisko

Tərkibi:

  • 1 stəkan kefir
  • 1 stəkan şəkər tozu
  • 2 x/q rafinə olunmuş günəbaxan yağı
  • 1 ç/q söndürülmüş soda (sirkə ilə)
  • un (nəzərə alın ki xəmir olladı xəmiri kimi duru alınmalıdır)

Hazırlanması:

Geniş bir qabda kefir, şəkər tozu, sirkə ilə söndürülmüş soda, un və bitki yağını ya mikser ya da tel çırpıcı ilə qarışdırın. Kütlə xama qatılığında alınmalıdır. Sonra xəmiri biskvit formasına töküb, öncədən isidilmiş sobada təxmini 180 dərəcədə tamhazır olanadək bişirin. Bu biskvitin arasına kremdən əlavə povidla və ya cem də çəkib süfrəyə verə bilərsiniz. Həm ucuz həm dı çooooox dadlı.

NUŞ OLSUN!

Метки записи: