Çox dadlı yumurtasız və südsüz oladi

Порций:   Время приготовления:

c16ef4262873dec27971a8d1a469de07

Bu gün sizlərə yumurta və süd olmadan hazırlanan oladilərin reseptini təqdim edirik. Resepti çox sadə və çox vaxt aparmayan bu oladiləri bişirib səhər yeməyində sevdiklərinizi sevindirə  bilərsiniz.

Tərkibi:

  • 1,5 stəkan (225 qr) un
  • 1 çay qaşığı qabartma tozu
  • 0,5 çay qaşığı soda
  • 1-2 xörək qaşığı şəkər tozu
  • 1,5 stəkan (375) su
  • 1 xörək qaşığı bitki yağı
  • 0,5 çay qaşığı vanil və ya vanil ekstraktı

Hazırlanma qaydası:

Quru və maye inqrediyentləri ayrıca qarışdırın. Daha sonra hər iki kütlələri birləşdirin. Oladiləri bişirəcəyiniz tavanı az yağlayın. Qaşıqla xəmirdən tavaya töküb iki tərəfli qızardın. Bütün xəmirdən oladilər bişirin, təxminən 24 ədəd oladi olmalıdır. Oladiləri süfrəyə meyvə, giləmeyvə və ya şəkər kirşanıyla (və ya bal) birgə verə bilərsiniz.

Nuş olsun!
5846d98a87428 postnye_bliny_bez_yaic_i_moloka
Метки записи: