Zərif bananlı piroq

Порций:   Время приготовления:

5_7aQUjViVU

Bu gün bananlı çox dadlı və zərif piroq bişirməyi cəhd edin, onun inanılmaz dadı və ətri sizi heyran edəcək.

Tərkibi:

Xəmir üçün:
  • 200 qr un
  • 1 yumurta
  • 1 xörək qaşığı şəkər tozu
  • 1 çay qaşığı qabartma tozu
  • 100 qr kərə yağı
İçlik üçün:
  • 200 qr xama
  • 1 yumurta
  • 2 xörək qaşığı un
  • 100 qr şəkər tozu
  • 2 banan

Hazırlanma qaydası:

Öncə yumurtanı şəkər tozuyla birlikdə çırpın. Yumşaldılmış kərə yağı,qabartma tozu və un əlavə edin yaxşıca qarışdırın. Xəmiri  yağlanmış soba sinisinə yayın. Bananları halqavari doğrayın və xəmirin üzərinə düzün. İçlik üçün yumurtanı şəkər tozu, xama və unla çırpın. Bananların üzərindən xamalı-yumurta qarışığını tökün. Öncədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Bananlı dadlı piroq hazırdır.

Nuş olsun!
1455740763_dscn6654-300x225 07e16mA1ZHM q0P_LbyUt_E 5_7aQUjViVU
Метки записи: ,