Zərif “Tiramisu” tortu

Порций:   Время приготовления:

Çox dadlı, ağızda əriyən və zərif "Tiramisu" tortunun reseptini təqdim edirik.

Tərkibi:

Biskvit üçün:

  • 6 ədəd yumurta

  • 220-230 qr şəkər tozu

  • 150 qr un

  • 10 qr vanil

  • 10 qr qabartma tozu

Krem üçün:

  • 500 qr maskarpone pendiri

  • 350 ml qaymaq (30%)

  • 80 qr şəkər kirşanı

Qanaş üçün:

  • 180 qr tünd şokolad

  • 100 ml qaymaq (30%)

  • 10-20 qr kərə yağı

  • zövqə görə likör

Hazırlanma qaydası:

İlk öncə yumurta və şəkər tozunu çırpın. Ələnmiş un, vanil və qabartma tozunu yumurta kütləsinə əlavə edib daha 1 dəqiqə çırpın. Xəmiri yağlı kağız sərilmiş diametri 20 sm olan dairəvi soba sinisinə tökün. Əvvəlcədən 170-180 dərəcə qızdırılmış sobada təxminən 25 dəqiqə bişirin.

Bişən biskviti formadan çıxarın və soyuması üçün kənara qoyun. Soyuyan biskviti 3 hissəyə ayırın.

Krem üçün qaymağı çırpın. Maskarpone pendirinini şəkər kirşanıyla qarışdırın. Çırpılmış qaymağı pendirli qarışıqla birləşdirin, ehtiyyatla qarışdırın. Qəhvə dəmləyin və zövqə görə bir az likör əlavə edin.

Korjları dəmlənmiş qəhvəylə isladın və hər qatı kremləyin.

Tortu bir neçə saatlıq soyuducuya yerləşdirin.

Qanaşı hazırlamaq üçün şokoladı xırdalayıb bir qaba tökün. Qaymağı isidin (qaynatmayın!) və şokoladın üzərinə tökün. Qaşıqla və ya tel çırpıcıyla yaxşıca çırpın. Kərə yağı əlavə edib yenə qarışdırın.

Qanaşı soyuması üçün kənara qoyun, daha sonra soyuducuya yerləşdirin. Soyuducudan çıxarıb mikserlə muss olanadək çırpın.

Tortun kənarlarını şokoladlı qanaşla bəzəyin.

Üstünü isə qaymaqlı kremlə bəzəyin. Süfrəyə verdikdə üzərinə kakao səpin.

Nuş olsun!

Метки записи: , ,